Çingiz Hüseynzadə: "Elə etməliyik ki, Tokioda başımız ağrımasın"

Çingiz Hüseynzadə: "Elə etməliyik ki, Tokioda başımız ağrımasın" "Olimpiadaya bir aydan az vaxt qalıb. Demək olar ki, hazırlıq prosesini başa vururuq".
Fərdi
25 İyun , 2021 11:15
Çingiz Hüseynzadə: Elə etməliyik ki, Tokioda başımız ağrımasın
Çingiz Hüseynzadə

"Olimpiadaya bir aydan az vaxt qalıb. Demək olar ki, hazırlıq prosesini başa vururuq".

"Report"un məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, qarşıdakı Oyunlar əvvəlkilərdən fərqlənəcək: "Çünki bəzi problemlər var. Oyunların necə keçiriləcəyi ilə bağlı müəyyən qaranlıq məqamlar mövcuddur. Pandemiya şəraitində olimpiadanın öz tələbləri var".

Ç.Hüseynzadə federasiya nümayəndələri ilə görüşündə koronavirus və dopinq məsələləri barədə məlumatların veriləcəyini söyləyib: "Elə etməliyik ki, daha sonra federasiyalar və məşqçilər hansısa məsələni onlara demədiyimizdən şikayətlənməsinlər və sabah Tokioda başımız ağrımasın. Müzakirələrdən sonra kimin nə sualı varsa, verə bilər. Bütün sualları cavablandırmağa hazırıq".

Son xəbərlər

Orphus sistemi