Avstriyanın paytaxtı Vyanada Avropa Olimpiya Komitələri (EOC) İcraiyyə Komitəsinin növbəti iclası işə başlayıb.
"Report"un məlumatına görə, tədbirdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü,
Həmçinin iclasa EOC prezidenti Yanez Kotsiyançiç, baş katib Rafael Panyotsi, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq qatılıb.
Qeyd edək ki, 18-19 mayda Vyanada Avropa Olimpiya Komitəsinin 40-cı Seminarı keçiriləcək. Seminarın gündəliyinə qarşıdan gələn Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabatı, müxtəlif komissiyaların məruzə çıxışları və gündəmdə olan mövzuların müzakirəsi daxildir.