"Chessable Masters": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Chessable Masters": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.
Fərdi
22 May , 2022 09:35
Chessable Masters: Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin XIII turunda ağ fiqurlarla ingiltərəli Qaveyn Consla üz-üzə gələcək.

Məmmədyarov XIV turda ispaniyalı David Antonla qara, sonuncu - XV turda çinli Dinq Lirenlə ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.

Son xəbərlər

Orphus sistemi