"Chessable Masters": Şəhriyar Məmmədyarov ilk görüşünü keçirəcək

"Chessable Masters": Şəhriyar Məmmədyarov ilk görüşünü keçirəcək Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayacaq.
Fərdi
19 May , 2022 10:07
Chessable Masters: Şəhriyar Məmmədyarov ilk görüşünü keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin I turunda qara fiqurlarla kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi