"Chessable Masters": Şəhriyar Məmmədyarov bu gün ilk görüşlərini keçirəcək

"Chessable Masters": Şəhriyar Məmmədyarov bu gün ilk görüşlərini keçirəcək Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinə start veriləcək.
Fərdi
31 İyul , 2021 11:07
Chessable Masters: Şəhriyar Məmmədyarov bu gün ilk görüşlərini keçirəcək

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, "Chessable Masters" adlanan turnirdə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da mübarizəyə başlayacaq.

36 yaşlı qrossmeyster turnirdə ilk görüşlərini keçirəcək. Birinci turda Eduardo İtturizaqa (İspaniya) ilə üz-üzə gələcək Məmmədyarov ardınca Yu Vençjun (Çin), Vladislav Artemyev (Rusiya), Pentala Harikrişna (Hindistan) və David Anton Quicarro (İspaniya) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

"Chessable Masters"

I tur

Şəhriyar Məmmədyarov - Eduardo İtturizaqa (İspaniya)

II tur

Yu Vençjun (Çin) - Şəhriyar Məmmədyarov

III tur

Şəhriyar Məmmədyarov - Vladislav Artemyev (Rusiya)

IV tur

Pentala Harikrişna (Hindistan) - Şəhriyar Məmmədyarov

V tur

Şəhriyar Məmmədyarov - David Anton Quicarro (İspaniya)

Son xəbərlər

Orphus sistemi