"Chessable Masters": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq

"Chessable Masters": Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.
Fərdi
23 May , 2022 10:02
Chessable Masters: Şəhriyar Məmmədyarov 1/4 final görüşünə çıxacaq
Şəhriyar Məmmədyarov

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gələcək.

Şahmatçılar bu raundda rapid növündə 4 dəfə görüşəcəklər. Heç-heçə olacağı təqdirdə blits və armageddon oynanılacaq.

Məmmədayarov ilkin mərhələni 15 görüşdən sonra 22 xalla 6-cı sırada bitirib, 25 xala malik Liren isə üçüncü olub.

Digər 1/4 final cütlərində niderlandlı Aniş Giri norveçli Aryan Tari ilə, Karlsen ispaniyalı David Antonla, çinli Vey Yi hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.

Son xəbərlər

Orphus sistemi