Yuxarı

Çexiyada 7 qat olimpiya çempionu vəfat edib

O, keçmiş Çexoslovakiyanın olimpiadalarda ən titullu iştirakçısı olub

Bakı. 31 avqust. REPORT.AZ/ İdman gimnastikası üzrə 7 qat olimpiya çempionu Vera Çaslavska 75 yaşında vəfat edib. "Report"un Çexiya Milli Olimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, qadın idmançı ağır xəstəliklə əlaqədar dünyasını dəyişib.

O, keçmiş Çexoslovakiyanın olimpiadalarda ən titullu iştirakçısı olub. Çaslavska 4 qat dünya və dəfələrlə Avropa çempionluğu da əldə edib. Mərhum gimnast olimpiya çempionluqlarını 1964 və 1968-ci illərdə qazanıb. 

Karyerasını başa vurduqdan sonra Çaslavska 1990 - 1996-cı illərdə Çexiya Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışıb. O, 1995 - 2001-ci illərdə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi