Yuxarı

Cənubi Koreyada olimpiya çempionu yol-nəqliyyat qəzasında vəfat edib

33 yaşlı idmançının idarə etdiyi motosikl yolda dönməni yerinə yetirən avtomobillə toqquşub

Bakı. 28 iyun. REPORT.AZ/ 2006-cı il Turin Qış Olimpiya Oyunlarında şort-trek növündə qızıl medal qazanmış cənubi koreyalı O Se Con yol qəzası nəticəsində həyatını itirib. "Report"un məlumatına görə, hadisə Seul şəhərində baş verib.

33 yaşlı idmançının idarə etdiyi motosikl yolda dönməni yerinə yetirən avtomobillə toqquşub.

Qeyd edək ki, O Se Con idmançı karyerasını 2016-cı ildə başa vurmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi