Cənubi Koreya və KXDR 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək

Cənubi Koreya və KXDR 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək İki ölkə 2020-ci il Tokio Olimpiadasına vahid komanda göndərmək istəyir
Fərdi
19 Sentyabr , 2018 10:15
Cənubi Koreya və KXDR 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini  irəli sürəcək
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək. 

"Report"un məlumatına görə, bu barədə Cənubi Koreya Prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen Inın Pxenyanda keçirilmiş sayca üçüncü sammitdən sonra bəyannaməsində bildirilir. 

"2032-ci il olimpiadasını keçirmək üçün birgə ərizənin verilməsinə dair razılıq əldə olundu", - sənəddə vurğulanıb. 

Habelə qeyd olunub ki, bu iki ölkə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vahid komanda göndərməklə ilk belə təcrübəni həyata keçirmək istəyir. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının açılış mərasimində parada Cənubi Koreya və KXDR yığmaları vahid Koreya bayrağı altında qatılıblar. 

Son xəbərlər

Orphus sistemi