Cənubi Koreya Qış Olimpiya Oyunlarında KXDR-in xərclərini qarşılayacaq

Cənubi Koreya Qış Olimpiya Oyunlarında KXDR-in xərclərini qarşılayacaq Bakı. 14 fevral. REPORT.AZ/ XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) yarışlarda iştirak xərclərini qarşılayacaq.
Fərdi
14 Fevral , 2018 10:25
Cənubi Koreya Qış Olimpiya Oyunlarında KXDR-in xərclərini qarşılayacaq

Bakı. 14 fevral. REPORT.AZ/ XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) yarışlarda iştirak xərclərini qarşılayacaq.

“Report” xəbər verir ki, bunun üçün KXDR-lə əməkdaşlıq komissiyasının büdcəsindən 2,86 milyon dollar ayrılıb. Qərarda bildirilir ki, atılan addımlar Koreya yarmadasında sülhə qapı açır: “KXDR-in nümayəndə heyətinin Oyunlarda iştirakı onların sülhsevər davranışlarını nümayiş etdirmələri, koreyalılar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsətdir və Koreya yarmadasında sülhə qapı açır”.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən KXDR Cənubi Koreyaya qarşı mülayimlik nümayiş etdirməkdədir.

Son xəbərlər

Orphus sistemi