Çempionlar Turu: Finalçılar bəlli oldu - YENİLƏNİB

Çempionlar Turu: Finalçılar bəlli oldu - YENİLƏNİB İlk gündə Rusiya və Niderland şahmatçıları qalib gəliblər
Fərdi
20 Mart , 2021 00:42
Çempionlar Turu: Finalçılar bəlli oldu - YENİLƏNİB

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində digər finalçının da adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın digər finalçısı rusiyalı Yan Nepomnyaşi olub.

Yarımfinalın ilk görüşündə Karlseni məğlub edən 31 yaşlı qrossmeyster ikinci dueldə rəqibinə uduzduğundan qalibi müəyyənləşdirmək üçün tay-brek oynanılıb. Burada daha inamlı çıxış edən Nepomnyaşi qələbə qazanaraq, həlledici qarşılaşmaya vəsiqə qazanıb.

O, finalda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək. Həlledici görüşlər martın 20-si və 21-də keçiriləcək.

23:12

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk finalçı bəlli olub.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın yarımfinal mərhələsinin 2-ci görüşündə də ABŞ təmsilçisi Uesli Soya qalib gələn niderlandlı Aniş Giri həlledici raunda vəsiqə qazanıb.

Onun finaldakı rəqibi Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (Rusiya) cütünün qalibi olacaq.

20:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində yarımfinal ikinci görüşləri start götürüb.

"Report"un məlumatına görə, finala çıxmaq uğrunda Karlsen Yan Nepomnyaşi (Rusiya) ilə, Uesli So (ABŞ) isə Aniş Giri (Niderland) ilə üz-üzə gəlir.

İlk gündə Rusiya və Niderland şahmatçıları qalib gəliblər.

09:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün yarımfinal görüşlərinə yekun vurulacaq.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda finalçılar müəyyənləşəcək.

İlk gündə rusiyalı Yan Nepomnyaşiyə uduzan Karlsen ikinci dueldə bunun əvəzini çıxmağa çalışacaq. Digər görüşdə isə Uesli So (ABŞ) ilə Aniş Giri (Niderland) üz-üzə gəcək. Niderland təmsilçisi ilk qarşılaşmadan qalib ayırılıb.

Bərabərlik qeydə alınarsa, 2 blits partiya və ehtiyac yarandıqda armageddon oynanılacaq.

"Magnus Carlsen Invitational"

Yarımfinal, 2-ci görüşlər

Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (Rusiya) - 2,5:1,5 (TAY BREKDƏ - 0,5:1,5)

İlk görüş - 1,5:2,5

Aniş Giri (Niderland) - Uesli So (ABŞ) - 2,5:1,5

İlk görüş - 2,5:1,5

Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov seçmə raundda "8-liy"ə düşə bilməyərək, mübarizəni dayandırıb. Əvəzində Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi