Çempionlar Turu: Final görüşündə heç-heçə, Karlsendən qələbə - YENİLƏNİB

Çempionlar Turu: Final görüşündə heç-heçə, Karlsendən qələbə - YENİLƏNİB 3-cü yer uğrunda görüşlərə start veriləcək
Fərdi
20 Mart , 2021 23:10
Çempionlar Turu: Final görüşündə heç-heçə, Karlsendən qələbə - YENİLƏNİB

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində final və 3-cü yer uğrunda ilk görüşlər başa çatıb.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın həlledici raundunda niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi üz-üzə gəlib. İlk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Üçüncü yer uğrunda ilk qarşılaşmada isə Uesli So (ABŞ) və Karlsen münasibətlərinə aydnlıq gətirib. Yarışın təşkilatçısı ilk dueldən qələbə ilə ayrılıb - 3:1.

Qeyd edək ki, ikinci görüşlər sabah keçiriləcək.

20:00

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində final və 3-cü yer uğrunda görüşlərə start verilib.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın həlledici raundunda niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi üz-üzə gəlir.

Uesli So (ABŞ) və Karlsen isə 3-cü yerin sahibini müəyyənləşdirmək üçün mübarizə aparır.

09:00

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün final və 3-cü yer uğrunda görüşlərə start veriləcək.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın həlledici raundunda niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi üz-üzə gələcək. Giri yarımfinalda ABŞ-dan olan Uesli Sonu, Nepomnyaşi isə yarışın təşkilatçısı Maqnus Karlseni mübarizədən kənarlaşdırıb. 3-cü yer uğrunda görüşdə So ilə Karlsen üz-üzə gələcək.

İki gün davam edəcək qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, 2 görüşdən ibarət olacaq.

20 mart

"Magnus Carlsen Invitational"

İlk görüşlər

3-cü yer uğrunda görüş: Maqnus Karlsen (Norveç) - Uesli So (ABŞ) - 3:1

Final

Yan Nepomnyaşi (Rusiya) - Aniş Giri (Niderland) - 2:2

Qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. Aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı fəal tamaşaçılar arasından seçilmiş şahmat həvəskarı Ramil Ələsgərov olacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov seçmə raundda "8-liy"ə düşə bilməyərək, mübarizəni dayandırıb. Əvəzində Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi