Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.
"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da bu raundda cavab görüşlərini keçirəcək.
İlk gündə Niderland təmsilçisi Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən 34 yaşlı qrossmeysterə yarımfinala adlaması üçün heç-heçə də kifayət edəcək. Amma qarşılaşmaların ardından hesab bərabərləşsə, tay-brek oynanılacaq.
1/4 finalın cavab qarşılaşmaları
Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
İlk oyun - 2:2
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)
İlk oyun - 1,5:2,5
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç)
İlk oyun - 2:2
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)
İlk oyun - 1:3
Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.