Çempionlar Turu: Teymur Rəcəbov Aniş Giriyə qarşı

Çempionlar Turu: Teymur Rəcəbov Aniş Giriyə qarşı Azərbaycan şahmatçısı Teymur Rəcəbov da ilk görüşlərini keçirəcək
Fərdi
26 May , 2021 09:05
Çempionlar Turu: Teymur Rəcəbov Aniş Giriyə qarşı
Teymur Rəcəbov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da ilk görüşlərini keçirəcək. 34 yaşlı qrossmeyster niderlandlı Aniş Giri ilə qarşılaşacaq. Rəcəbov duelə qara fiqurlarla başlayacaq.

Oyunlar 26 - 27 mayda keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalda qarşılaşacaqlar

Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç)
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Son xəbərlər

Orphus sistemi