Çempionlar Turu: Azərbaycan şahmatçıları mübarizəni dayandırdı

Çempionlar Turu: Azərbaycan şahmatçıları mübarizəni dayandırdı XIII turda Azərbaycan dueli gerçəkləşəcək
Fərdi
16 Mart , 2021 00:32
Çempionlar Turu: Azərbaycan şahmatçıları mübarizəni dayandırdı
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin üçüncü oyun günündə son görüşünü keçirib.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster XV turda rusiyalı Sergey Karyakinlə qarşılaşıb. 30-cu gedişdə təslim olan Rəcəbov 1/4 final mərhələsinə çıxa bilməyib.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə son partiyada ABŞ-dan olan Uesli So ilə 14-cü gedişdə heç-heçəyə razılaşıb.

Beləliklə, Rəcəbov turniri 7 xalla 11-ci, Məmmədyarov isə 6,5 xalla 12-ci sırada başa vurub.

Qeyd edək ki, 15 turdan sonra Maqnus Karlsen (Norveç), Aniş Giri (Niderland), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Yan Nepomnyaşi (Rusiya), Alireza Firuzca (FIDE), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) 1/4 finala vəsiqə qazanıblar. Bu raundun görüşləri 16 - 17 martda keçiriləcək.

23:48

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin üçüncü oyun günündə növbəti görüşlərini keçirib.

"Report"un məlumatına görə, Məmmədyarov XIV turda argentinalı Alan Piçotla üz-üzə gəlib. 53-cü gedişdə rəqibi ilə sülh bağlayan 36 yaşlı qrossmeyster 1/4 finala vəsiqə şansını itirib. Bu mənada, onun son partiyada ABŞ-dan olan Uesli So ilə qarşılaşması formal xarakter daşıyacaq.

Teymur Rəcəbov isə XIV turda rusiyalı Yan Nepomnyaşi ilə 15-ci gedişdə heç-heçə edib. Hazırda 7 xalla 10-cu pillədə olan 34 yaşlı şahmatçı 1/4 finala yüksəlmək üçün son partiyada Rusiya təmsilçisi Sergey Karyakinə qalib gəlib, digər görüşlərin nəticəsini gözləməlidir.

22:25

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin üçüncü oyun günündə Azərbaycan dueli baş tutub.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın XIII turunda Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Qarşılaşma 37-ci gedişdə heç-heçə başa çatıb.

Qeyd edək ki, bu görüşdə Məmmədyarov ağ, Rəcəbov isə qara fiqurlarla oynayıb.

22:18

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində üçüncü günün oyunları keçirilir.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda hazırda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlir.

Məmmədyarov günün ilk oyununda rusiyalı Yan Nepomnyaşiyə uduzsa da, ikinci qarşılaşmada onun həmyerlisi Sergey Karyakinə qalib gəlib.

Rəcəbov isə ilk partiyada ispaniyalı David Antonu məğlub edib. 34 yaşlı qrossmeyster növbəti görüşdə isə isveçli Nils Qrandeliusla sülh bağlayıb.

20:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində üçüncü oyun gününə start verilib.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur RəcəbovŞəhriyar Məmmədyarov 1/4 finala vəsiqə uğrunda son 5 görüşə çıxacaq.

Məmmədyarov XI turda ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşiyə, XII turda "qaralar"la onun həmyerlisi Sergey Karyakinə rəqib olacaq. XIII turda Azərbaycan dueli gerçəkləşəcək. 36 yaşlı qrossmeyster ağ fiqurlarla Teymur Rəcəbovu sınağa çəkəcək. XIV turda qara fiqurlar Argentina şahmatçısı Alan Piçotla üz-üzə gələcək Məmmədyarov XV turda isə "ağlar"la ABŞ-ı təmsil edən Uesli So ilə münasibətlərinə aydınlıq gətirəcək.

Rəcəbov XI turda qara fiqurlarla ispaniyalı David Antonu sınağa çəkəcək. 34 yaşlı qrossmeyster XII turda "ağlar"la isveçli Nils Qrandeliusla qarşılaşacaq. XIII turda qara fiqurlarla Məmmədyarova qarşı mübarizə aparacaq Rəcəbov XIV turda "ağlar"la Nepomnyaşiyə rəqib olacaq. O, XV turda isə "qaralar"la Rusiyanın digər təmsilçisi Karyakinlə qüvvəsini sınayacaq.

09:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün daha 5 tur oynanılacaq.

"Report"un məlumatına görə, bununla da "Magnus Carlsen Invitational" adlanan yarışda ilkin mərhələyə yekun vurulacaq.

Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə uğrunda son 5 görüşə çıxacaq. Oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Məmmədyarov XI turda ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşiyə, XII turda "qaralar"la onun həmyerlisi Sergey Karyakinə rəqib olacaq. XIII turda Azərbaycan dueli gerçəkləşəcək. 36 yaşlı qrossmeyster ağ fiqurlarla Teymur Rəcəbovu sınağa çəkəcək. XIV turda qara fiqurlar Argentina şahmatçısı Alan Piçotla üz-üzə gələcək Məmmədyarov XV turda isə "ağlar"la ABŞ-ı təmsil edən Uesli So ilə münasibətlərinə aydınlıq gətirəcək.

Rəcəbov XI turda qara fiqurlarla ispaniyalı David Antonu sınağa çəkəcək. 34 yaşlı qrossmeyster XII turda "ağlar"la isveçli Nils Qrandeliusla qarşılaşacaq. XIII turda qara fiqurlarla Məmmədyarova qarşı mübarizə aparacaq Rəcəbov XIV turda "ağlar"la Nepomnyaşiyə rəqib olacaq. O, XV turda isə "qaralar"la Rusiyanın digər təmsilçisi Karyakinlə qüvvəsini sınayacaq.

İkinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.

"Magnus Carlsen Invitational"
15 mart

XI tur

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 0:1

David Anton (İspaniya) - Teymur Rəcəbov - 0:1

XII tur

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov - 0:1

Teymur Rəcəbov - Nils Qrandelius (İsveç) - 0,5:0,5

XIII tur

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov - 0,5:0,5

XIV tur

Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5

XV tur

Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov - 1:0

Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. Üçüncü yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı keçmiş Azərbaycan çempionu Şəhriyar Həsənov olacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi