Çempionlar Turu: Rəcəbov Məmmədyarovu yenərək 2-ci pilləyə yüksəlib

Çempionlar Turu: Rəcəbov Məmmədyarovu yenərək 2-ci pilləyə yüksəlib Norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.
Fərdi
3 Oktyabr , 2021 22:55
Çempionlar Turu: Rəcəbov Məmmədyarovu yenərək 2-ci pilləyə yüksəlib
Teymur Rəcəbov

Norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

"Report"un məlumatına görə, görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra təslim olub.

Çempionlar Turu, final

VIII tur

3 oktyabr

Uesli So (ABŞ) - Yan-Kşiştof Duda (Polşa) - 3,5:2,5
Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) - 3:1
Teymur Rəcəbov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2,5:1,5
Aniş Giri (Niderland) - Maksim Vaşye-Laqrav (Fransa) - 2,5:1,5
Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 3,5:2,5 

Xal durumu: 1. Maqnus Karlsen - 28,5 xal, 2. Teymur Rəcəbov - 24 xal, 3. Uesli So - 23,5 xal, 4. Levon Aronyan - 21 xal, 5. Hikaru Nakamura - 18 xal, 6. Vladislav Artemyev - 14,5 xal, 7. Aniş Giri - 14,5 xal, 8. Maksim Vaşye-Laqrav - 13,5 xal, 9. Yan-Kşiştof Duda - 12 xal, 10. Şəhriyar Məmmədyarov - 9,5 xal. 

 
 

Son xəbərlər

Orphus sistemi