Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizəyə start verilib.
"Report" xəbər verir ki, "New In Chess" adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edir. Ümumilikdə 16 qrossmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.
Birinci yarış günündə ilk 5 turun görüşləri oynanılıb. Rəcəbov oyunlarından 3-nü qələbə ilə başa vurub. Onun qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyan və təşkilatçı Maqnus Karlsenlə qarşılaşmalarında heç-heçə qeydə alınıb.
Məmmədyarov isə gecəni 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə qapayıb.
New In Chess
24 aprel
I tur
Teymur Rəcəbov - Qaveyn Cons (Böyük Britaniya) - 1:0
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:0
II tur
Teymur Rəcəbov - Aryan Tari (Norveç) - 1:0
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 1:0
III tur
Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov - 0,5:0,5
Yan Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov - 0:1
IV tur
Şəhriyar Məmmədyarov - Rameşbabu Praqqnanandha (Hindistan) - 0,5:0,5
Teymur Rəcəbov - Yohan-Sebastyan Kristiansen (Norveç) - 1:0
V tur
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:0