Çempionlar Turu: Məmmədyarov və Rəcəbov ilk qələbələrini qazanıb

Çempionlar Turu: Məmmədyarov və Rəcəbov ilk qələbələrini qazanıb Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində IV tur yekunlaşıb.
Fərdi
28 Sentyabr , 2021 23:03
Çempionlar Turu: Məmmədyarov və Rəcəbov ilk qələbələrini qazanıb

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində IV tur yekunlaşıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri turu qələbə ilə başa vurub. Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravı Teymur Rəcəbov isə polşalı Yan-Kşiştof Dudanı eyni hesabla məğlub edib - 2,5:1,5. Bu, onların turnirdəki ilk qələbələridir.

Rusiya təmsilçisi Vladislav Artemyev isə turun sensasiyasına imza atıb. O, Karlsenlə qarşılaşmadan 3:1 hesabı ilə qalib ayrılıb.

Çempionlar Turu
Final mərhələsi
IV tur

Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 1,5:2,5

Teymur Rəcəbov (AZƏRBAYCAN) - Yan-Kşiştof Duda (Polşa) - 2,5:1,5

Aniş Giri (Niderland) - Levon Aronyan (Ermənistan) - 1:3

Vladislav Artemyev (Rusiya) - Maqnus Karlsen (Norveç) - 3:1

Hikaru Nakamura (ABŞ) - Uesli So (ABŞ) - 4:2

Xal durumu: Maqnus Karlsen - 23,5 xal, Uesli So - 19,5 xal, Levon Aronyan - 15 xal, Teymur Rəcəbov - 12 xal, Hikaru Nakamura - 12 xal, Aniş Giri - 9,5 xal, Maksim Vaşye-Laqrav - 8,5 xal, Vladislav Artemyev - 8,5 xal, Şəhriyar Məmmədyarov - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xa.

Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq V turda Rəcəbov Aronyan ilə, Məmmədyarov isə Artemyevlə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi