Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb. Bu gün keçirilən ikinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər.
İlk oyun günündə Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub.
Qeyd edək ki, 3-cü yeri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tutub.
Çempionlar Turu: "New In Chess"
Final
21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 2:2 (0:1, 0,5:0,5; 1:0; 0,5:0,5)
İlk oyun - 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2,5:0,5 (1:0; 0,5:0,5; 1:0)
İlk oyun - 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanıb.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün üçüncü partiyası başa çatıb.
"Report"un məlumatına görə, qarşılaşma 35-ci gedişdə Məmmədyarovu qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə önə keçib və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün ikinci partiyası başa çatıb.
"Report"un məlumatına görə, qarşılaşma 25-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Hazırda Məmmədyarov öndədir - 1,5:0,5.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyun gününün ilk partiyası başa çatıb.
"Report"un məlumatına görə, qarşılaşma 54-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Qara fiqurlarla oynayan azərbaycanlı qrossmeysterin hücumları qarşısında Aronyan təslim olub.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.
Bugünkü 4 qarşılaşmanın ardından qalib bilinməsə, tay-brek oynanılacaq.
Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək. İlk oyun günündə 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.
Çempionlar Turu: "New In Chess"
Final
21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ)
İlk oyun - 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)
İlk oyun - 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.