Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün finalçılar müəyyənləşəcək.
"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. İlk görüşdə Məmmədyarov 1:3 hesabı ilə uduzduğundan, bugünkü ilk 4 qarşılaşmanın yekununda və tay-brekdə qalib olmalıdır.
1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə digər yarımfinalda Ermənistan şahmatçısı Levon Aronyanla görüşəcək. İlk yarımfinalın yekununda heç-heçə qeydə alınıb - 2:2.
Çempionlar Turu: "New In Chess"
Yarımfinal, cavab görüşləri
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
İlk görüş - 3:1
Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç)
İlk görüş - 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.