Çempionlar Turu: Karlsen Aronyana, Uesli So Firuzcaya qalib gəldi

Çempionlar Turu: Karlsen Aronyana, Uesli So Firuzcaya qalib gəldi Yarışın bu raundu 2 gün davam edəcək
Fərdi
16 Mart , 2021 23:43
Çempionlar Turu: Karlsen Aronyana, Uesli So Firuzcaya qalib gəldi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində 1/4 finalın ilk görüşləri başa çatıb.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundunun ilk günündə Karlsen Ermənistan təmsilçisi Levon Aronyana, ABŞ-dan olan Uesli So FIDE bayrağı altında mübarizə aparan Alireza Firuzcaya 2,5:0,5 hesabı ilə qalib gəlib.

Yan Nepomnyaşi (Rusiya) - Hikaru Nakamura (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland) qarşılaşmaları isə heç-heçə yekunlaşıb - 2:2.

Qeyd edək ki, 1/4 finalın 2-ci görüşləri martın 17-də keçiriləcək.

22:48

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində 1/4 finalın görüşləri start götürüb.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundunun ilk günündə bir görüş artıq yekunlaşıb.

Karlsen Ermənistan təmsilçisi Levon Aronyanla ilk dueldən inamlı qələbə ilə ayrılıb. Birinci və ikinci partiyada rəqibinə heç bir şans verməyən dünya çempionu 3-cü qarşılaşmada heç-heçə etdiyindən, 4-cü oyuna ehtiyac qalmayıb.

20:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində 1/4 finalın görüşləri start götürüb.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundu 2 gün davam edəcək.

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

09:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün 1/4 finalın ilk görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundu 2 gün davam edəcək.

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsindən sonra ilk "8-liy"ə düşə bilmədikləri üçün bu raundda iştirak etməyəcəklər.

"Magnus Carlsen Invitational"

1/4 final

Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan) - 2,5:0,5

Yan Nepomnyaşi (Rusiya) - Hikaru Nakamura (ABŞ) - 2:2

Uesli So (ABŞ) - Alireza Firuzca (FIDE) - 2,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland) - 2:2

Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. Dördüncü yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı qrossmeyster Vüqar Əsədli olacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi