Çempionlar Turu: Azərbaycan şahmatçıları final mərhələsində mübarizəyə başlayır

Çempionlar Turu: Azərbaycan şahmatçıları final mərhələsində mübarizəyə başlayır Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda bu gün final mərhələsi start götürəcək
Fərdi
25 Sentyabr , 2021 09:28
Çempionlar Turu: Azərbaycan şahmatçıları final mərhələsində mübarizəyə başlayır

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda bu gün final mərhələsi start götürəcək.

"Report"un məlumatına görə, 11 gün davam edəcək yarışa 10 qrossmeyster qatılacaq. Onların arasında Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da var.

İştirakçılar əvvəlki 9 mərhələdə qazandıqları bonus xallarının nəticələrinə əsasən müəyyənləşdiriliblər. Final mərhələsində onlar 9 turdan ibarət dairəvi sistemlə mübarizə aparacaqlar.

Hər tur 4 rapid partiyadan və ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. 40-cı gedişədək heç-heçəyə icazə verilmir.

Turnirdə hər gün 1 tur oynanılacaq. İlk turda Rəcəbov rusiyalı Vladislav Artemyovla qarşılaşacaq. 34 yaşlı qrossmeyster mübarizəyə ağ fiqurlarla start verəcək. Məmmədyarov isə ABŞ təmsilçisi Uesli Soya qarşı qara fiqurlarla oynayacaq.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Çempionlar turu

25 sentyabr

I tur

Teymur Rəcəbov - Vladislav Artemyov (Rusiya)

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov

Maqnus Karlsen (Norveç) - Yan-Kşiştof Duda (Polşa)

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)

Aniş Giri (Niderland) - Hikaru Nakamura (ABŞ)

Qeyd edək ki, turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi