Yuxarı

Çeçenistanda olimpiya mükafatçısının meyiti ay yarım sonra tapılıb

Axtarışlar hadisənin baş verdiyi gündən dayanmamışdı

Bakı. 20 iyun. REPORT.AZ/ Rusiya İdman Güləşi Federasiyasının I vitse-prezidenti Adlan Varayevin meyiti Çeçenistanın Çişki kəndindən tapılıb. "Report"un məlumatına görə, bu barədə sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev bildirib.

O, mərhumun meyitinin yaxınları tərəfindən tanındığını söyləyib: "Axtarışlar hadisənin baş verdiyi gündən dayanmamışdı. Varayevi ağır və təhlükəli hava şəraitində çoxlu insan axtarırdı. Çoxları ümid edirdi ki, onu sağ tapacaqlar. Amma olan oldu".

Qeyd edək ki, mayın 3-də itkin düşmüş Adlan Varayevin axtarış işlərində 600-dən çox şəxs iştirak edib. O, 1988-ci il Seul Yay Olimpiya Oyunlarında gümüş medal qazanmaqla yanaşı, dünya və 3 qat Avropa çempionu olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi