Cavid Çələbiyev: "Alfonso Domingesin qazandığı medalı mən də götürə bilərdim"

Cavid Çələbiyev: "Alfonso Domingesin qazandığı medalı mən də götürə bilərdim" "Bütün Azərbaycan, döyüşümə baxan hamı gördü ki, mənə necə haqsızlıq olub. Görüşü şərh edən jurnalist belə necə haqsızlıqla üzləşdiyimi söylədi. Rəqibi üstələdiyim qarşılaşmada, hakimlər qələbəmi vermədilər".
Fərdi
10 Avqust , 2021 12:57
Cavid Çələbiyev: Alfonso Domingesin qazandığı medalı mən də götürə bilərdim
Cavid Çələbiyev

"Bütün Azərbaycan, döyüşümə baxan hamı gördü ki, mənə necə haqsızlıq olub. Görüşü şərh edən jurnalist belə necə haqsızlıqla üzləşdiyimi söylədi. Rəqibi üstələdiyim qarşılaşmada, hakimlər qələbəmi vermədilər".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşü barədə danışarkən deyib.

63 kq çəki dərəcəsində çıxış edən idmançı ikinci raundda da yaxşı mübarizə apardığını bildirib: "Hamı, boksu bilən, bilməyən, böyükdən kiçiyə hər kəs. Bakıya gələndə də məni tanıyan və tanımayanlar hamı dedi ki, sən qələbə qazanmışdın, haqqını yedilər".

Çələbiyev komanda yoldaşı Tayfur Əliyevin də hakimlərin ucbatından uduzduğunu xatırladıb: "Hakimlər doğru qərar verə bilmirlər. Bundan başqa nə deyə bilərəm? 5 hakim orada əyləşib. Biri səhv edəndə döyüşün taleyinə təsir edir".

29 yaşlı idmançı yığmanın Tokio-2020-ni bir medalla başa vurmasına da münasibət bildirib: "Alfonso Dominges legioner idmançıdır. Olimpiadadakı nəticə bizi o vaxt qane edərdi ki, mən və ya digər azərbaycanlı idmançı medal qazanardı, Azərbaycan vətəndaşları və hamı sevinərdi. Onun medal götürməyi isə ad olur ki, medaldır. Amma bu, qəlbən heç kimə xoş gəlmir. Məsələn, onun qazandığı medalı mən də götürə bilərdim. Mənim medalım dövlətimiz, millətimiz üçün daha dəyərli və daha gözəl, xoş olardı, nəinki onun qazandığı medal. Bircə döyüşüm qalmışdı, onu da keçib medalımı götürə bilərdim. Mən orda zəif döyüşüb uduzsam, deyərəm ki, səhv məndədir. Tək mən demirəm, ölkəyə gələndə tanıdım, tanımadım hamı deyir ki, haqsızlıqla üzləşmisən".

Son xəbərlər

Orphus sistemi