Yuxarı
    Bağlamaq

    Bakının 2024-cü il Yay Olimpiya Oyunları uğrunda mübarizədə daha bir rəqibi müəyyənləşib

    Ölkənin bir neçə şəhəri olimpiadaya namizəd olacaq

    Bakı. 14 yanvar. REPORT.AZ/ Cənubi Afrika Respublikası (CAR) 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətindədir. "Report" "Insidethegames"ə istinadən xəbər verir ki, bu barədə Qautenq əyalətinin idman komitəsinin rəhbəri Ayvor Hoff məlumat verib.

    Həmin əyalətdə Yohannesburq, Durban və Pretoriya şəhərləri də yerləşir. Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 2014-cü ilin dekabrında keçirilmiş sessiyasında Olimpiya oyunlarının müxtəlif şəhər və ölkələrdə təşkilinin mümkünlüyünə dair qərar qəbul olunub. A.Hoff məhz bu qərardan faydalanmaq istədiklərini bildirib: "CAR inkişaf etməkdə olan ölkədir. Oyunların bir neçə şəhərdə keçirilməsi bizim üçün də optimal variantdır".

    Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına mümkün namizədlər arasında Bakının da adı hallanır. Qalibin adı İOC-un 2017-ci il sentyabrın 15-də Perunun paytaxtı Limada keçiriləcək sessiyasında məlum olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi