Cahangir Əsgərov dünya çempionatında yüksək nəticələr göstərmiş Azərbaycan ağırlıqqaldıranlarını mükafatlandırıb

Cahangir Əsgərov dünya çempionatında yüksək nəticələr göstərmiş Azərbaycan ağırlıqqaldıranlarını mükafatlandırıb Federasiya prezidenti idmançılara Rio-2016-da uğurlar arzulayıb
Fərdi
8 Dekabr , 2015 09:53
Cahangir Əsgərov dünya çempionatında yüksək nəticələr göstərmiş Azərbaycan ağırlıqqaldıranlarını mükafatlandırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərov ABŞ-ın Hyuston şəhərindəki dünya çempionatında yüksək nəticələr göstərmiş milli komanda üzvlərini qəbul edib. "Report"un məlumatına görə, görüşdə C.Əsgərov idmançıları 1 qızıl, 1 bürünc medal və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmaları münasibətilə təbrik edib. 

O, ağırlıqqaldıranlara Rio-2016-da uğurlar arzulayıb. Sonda AAAF prezidenti ağırlıqqaldıranları mükafatlandırıb. 

Qeyd edək ki, dünya çempionatında Azərbaycan millisinin üzvlərindən Boyanka Kostova (58 kq) qızıl, Valentin Xristov (62 kq) bürünc medal qazanıb. Firudin Quliyev (69 kq) 5-ci, Elxan Əliquluzadə (77  kq) 6-cı, İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəyli (+105 kq) 9-cu yeri tutub.  

Son xəbərlər

Orphus sistemi