“Buta Golden” klubunun çaparı Gürcüstanda qatıldığı bütün yarışların qalibi olub - VİDEO

“Buta Golden” klubunun çaparı Gürcüstanda qatıldığı bütün yarışların qalibi olub - VİDEO “Buta Golden” klubunun çaparı Yahor Morotski “Astrello” ləqəbli atla Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 4 yarışın hamısında birinci yeri tutub.
Fərdi
6 May , 2019 13:37
“Buta Golden” klubunun çaparı Gürcüstanda qatıldığı bütün yarışların qalibi olub - VİDEO

“Buta Golden” klubunun çaparı Yahor Morotski “Astrello” ləqəbli atla Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 4 yarışın hamısında birinci yeri tutub.

Bu barədə “Report”a komandanın baş məşqçisi Camal Tağıyev məlumat verib. Onun sözlərinə görə, atçılığın konkur növü üzrə təşkil olunan ilk iki yarışda fəxri kürsüyə Azərbaycan komandalarının çaparları yüksəlib.

Birinci yarışda Y.Morotski birinci, Rahib İsmaylov (“Carthanio”, “Gilan” komandası) ikinci, Kənan Novruzov (“Cera 59”, “Elit” komandası) üçüncü yeri tutub.

Y.Morotski ikinci yarışda iki medal qazanıb. Belaruslu çapar “Astrello” ilə bütün rəqiblərini qabaqladığı halda, “Fine Chocolate” ləqəbli atla üçüncü olub. Kənan Novruzov (“Cera 59”, “Elit” komandası) isə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

“Buta Golden” klubunun çaparı Beynəlxalq Atçılıq İdmanı Federasiyasının Dünya Kuboku seriyasına daxil olan Tbilisi Qafqaz-Xəzər Liqası Kiçik və Nəhəng Qran-pri yarışlarında da qalib olub.

Kiçik Qran-pridə Rahib İsmayılov (“Xəzər”, “Gilan” komandası) ikinci, Georgi Kvaratsxeliya (“Pirveli”, Gürcüstan) üçüncü yeri tutub. Nəhəng Qran-pridə isə Rahib İsmayılov (“Carthanio”, “Gilan”) ikinci olub. Şalva Qaçeçiladze (“Otmaşka”, Gürcüstan) üçüncü nəticəyə imza atıb.

Qeyd edək ki, yarışlarda Azərbaycanı “Buta Golden”, “Gilan”, “Elit” və Respublika Atçılıq Məktəbinin komandaları təmsil ediblər. 

Son xəbərlər

Orphus sistemi