Bu ölkədəki idmançılar "Tokio-2020"yə getməyəcək

Bu ölkədəki idmançılar "Tokio-2020"yə getməyəcək Sakit Okeanda ada ölkəsi olan Samoadakı idmançılar Tokio-2020 Yay Olimpiya Oyunlarına getməyəcək.
Fərdi
1 İyul , 2021 10:01
Bu ölkədəki idmançılar Tokio-2020yə getməyəcək

Sakit Okeanda ada ölkəsi olan Samoadakı idmançılar Tokio-2020 Yay Olimpiya Oyunlarına getməyəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin rabitə naziri Afamacaqu Riko Tupai koronavirus pandemiyası səbəbindən yarışa yollanmayacaqlarını açıqlayıb.

Nazirin sözlərinə görə, Samoa hökuməti təhlükəsizlik səbəbindən bu addımı atıb: "Yaponiyada hər gün təxminən 500 yoluxma qeydə alındığı və infeksiyaya yoluxma ehtimalı yüksək olduğundan belə bir qərar qəbul olunub.

Samoa Olimpiya Komitəsi bildirib ki, Tokio-2020-də yalnız ölkədən kənarda məşq edən və yaşayan idmançılarla təmsil olunacaqlar.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 23 iyul - 8 avqustda keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi