Yuxarı

Bu il Bakıda daha bir avtomobil yarışı keçiriləcək

Yarışlar 17-19 iyunda olacaq

Bakı. 5 mart. REPORT.AZ/ Cari ilin iyun ayında Formula 1-in Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıda daha bir yarış keçiriləcək. Bakı Şəhər Halqasından (BŞH) "Report"a verilən məlumata görə, Formula 1-lə eyni günlərdə GP2 yürüşü baş tutacaq.

Bir müddətdir davam edən danışıqlardan sonra GP2 və BŞH arasında razılıq əldə olunub. Yarışın Bakıda keçirilməsinə isə dünən qərar verilib.

Artıq GP2 seriyası öz təqvimini açıqlayıb. Mayda start götürəcək yarış 17-19 iyunda paytaxt Bakıda olacaq.

Qeyd edək ki, avtomobil yarışı olan GP2 2005-ci ildən keçirilir. Formula 1-ə bənzəyən bu yarışda iştirak edən bütün komandaların pilotları "Dallara" avtomobili və "Pirelli" təkərlərindən istifadə edir. GP2-də 13 komanda və 26 pilot yarışır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi