Bu gün “Mingəçevir reqatası-2024”ə start veriləcək

Bu gün “Mingəçevir reqatası-2024”ə start veriləcək Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”ə start veriləcək.
Fərdi
16 Oktyabr , 2024 09:12
Bu gün “Mingəçevir reqatası-2024”ə start veriləcək

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”ə start veriləcək.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq.

Turnir Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.

Reqataya Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılacaqlar.

Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi