Çempionlar Turu: Şahmatçılarımız üçün uğursuz gün

Çempionlar Turu: Şahmatçılarımız üçün uğursuz gün Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün daha 5 tur oynanılacaq.
Fərdi
15 Mart , 2021 00:42
Çempionlar Turu: Şahmatçılarımız üçün uğursuz gün

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ikinci oyun gününə yekun vurulub.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov daha 5 görüş keçiriblər.

Məmmədyarov VI turda FIDE bayrağı altında çıxış edən Alireza Firuzcaya, VII turda Maqnus Karlsenə, VIII turda ispaniyalı David Antona uduzub. IX turda isveçli Nils Qrandeliusa qalib gələn 36 yaşlı qrossmeyster X turda isə Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşmadan məğlub ayrılıb.

Teymur Rəcəbov 2-ci gündə qələbəsiz qalıb. 34 yaşlı qrossmeyster ilk 3 partiyada ABŞ-dan olan Hikaru Nakamura, niderlandlı Yorden van Forest və fransalı Maksim Vaşye-Laqravla sülh bağlayıb. IX turda FIDE təmsilçisi Alireza Firuzcaya məğlub olan Rəcəbov X turda Maqnus Karlsenlə heç-heçə edib.

Qeyd edək ki, ikinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.

20:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ikinci oyun gününə start verilib.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bu gün daha 5 görüş keçirəcəklər.

Məmmədyarov VI turda ağ fiqurlarla, FIDE bayrağı altında çıxış edən Alireza Firuzcanı sınağa çəkəcək. VII turda o, qara fiqurlarla Maqnus Karlsenə rəqib olacaq. VIII turda ağ fiqurlarla ispaniyalı David Antonla görüşəcək 36 yaşlı qrossmeyster IX turda isveçli Nils Qrandeliusla, X turda isə Niderland təmsilçisi Aniş Giri ilə "qaralar"la üz-üzə gələcək.

Teymur Rəcəbov VI turda "ağlar"la ABŞ-dan olan Hikaru Nakamuraya rəqib olacaq. 34 yaşlı qrossmeyster VII turda "qaralar"la niderlandlı Yorden van Forestlə, VIII turda "ağlar"la fransalı Maksim Vaşye-Laqravla görüşəcək. IX turda o, yenə "qaralar"la FIDE təmsilçisi Alireza Firuzca ilə, X turda isə "ağlar"la norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

09:00

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün daha 5 tur oynanılacaq.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcəklər. Oyunlara Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Məmmədyarov VI turda ağ fiqurlarla, FIDE bayrağı altında çıxış edən Alireza Firuzcanı sınağa çəkəcək. VII turda o, qara fiqurlarla Maqnus Karlsenə rəqib olacaq. VIII turda ağ fiqurlarla ispaniyalı David Antonla görüşəcək 36 yaşlı qrossmeyster IX turda isveçli Nils Qrandeliusla, X turda isə Niderland təmsilçisi Aniş Giri ilə "qaralar"la üz-üzə gələcək.

Teymur Rəcəbov VI turda "ağlar"la ABŞ-dan olan Hikaru Nakamuraya rəqib olacaq. 34 yaşlı qrossmeyster VII turda "qaralar"la niderlandlı Yorden van Forestlə, VIII turda "ağlar"la fransalı Maksim Vaşye-Laqravla görüşəcək. IX turda o, yenə "qaralar"la FIDE təmsilçisi Alireza Firuzca ilə, X turda isə "ağlar"la norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

İlk yarış günündən sonra Şəhriyar Məmmədyarov 4-cü, Teymur Rəcəbov 6-cı pillədə qərarlaşıb. Hər iki azərbaycanlı şahmatçının aktivində 3 xal var. Turnir cədvəlinə 4 xalla Aniş Giri başçılıq edir.

"Magnus Carlsen Invitational"
14 mart

VI tur

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 0:1

Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5

VII tur

Yorden van Forest (Niderland) - Teymur Rəcəbov - 0,5:0,5

Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov - 1:0

VIII tur

Şəhriyar Məmmədyarov - David Anton (İspaniya) - 0:1

Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5

IX tur

Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov - 1:0

Nils Qrandelius (İsveç) - Şəhriyar Məmmədyarov - 0:1

X tur

Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov - 1:0

Teymur Rəcəbov - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanacaq. İkinci yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı əməkdar məşqçi və beynəlxalq usta Orxan Abdulov olacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Son xəbərlər

Orphus sistemi