Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata keçiriləcək
Fərdi
- 17 oktyabr, 2024
- 05:04
İşğaldan azad olunmuş Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq turnir keçiriləcək.
"Report" Füzuliyə ezam olunan əməkdaşının məlumatına görə, "Mingəçevir reqatası-2024”ün növbəti yarışları Aşağı Köndələnçay su anbarında gerçəkləşəcək.
Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Ötən gün Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 9 medal (2 qızıl, 3 gümüş, 4 bürünc) əldə ediblər.
Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.
Son xəbərlər
09:11
Yeni Suraxanıda qaz olmayacaq
Energetika09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.09.2026)
Maliyyə09:05
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.09.2026)
Maliyyə09:04
EBRD: Azərbaycan ixrac gəlirlərini ÜDM-in 3,9 %-i qədər artırıb
Energetika09:01
EBRD: Azərbaycan iqtisadiyyatı mülayim artıma qayıdıb
Maliyyə09:00
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcəklər
Fərdi08:50
Qida borusu xərçənginin aşkarlanması üçün süni intellekt modeli hazırlanıb
Sağlamlıq08:47
Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Digər ölkələr08:31