Yuxarı
    Bağlamaq

    Bu gün Formula 1 üzrə dünya çempionatına start veriləcək

    İlk Qran Pri Avstraliyada keçiriləcək

    Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Formula 1 üzrə dünya çempionatına start veriləcək.

    "Report"un məlumatına görə, ilk Qran Pri Avstraliyada keçiriləcək.

    İlk olaraq sərbəst yürüşlər olacaq ki, bu da Bakı vaxtı ilə saat 05:30-da (yerli vaxtla saat 12:30) başlayacaq. Melbrunda keçiriləcək yarış 1.5 saat davam edəcək. Bir gün sonra isə sıraları müəyyənləşdirmək üçün yürüş olacaq. Martın 20-də isə yarış keçiriləcək.

    Melburn trassının uzunluğu 5 min 300 metrdir.

    Dünya çempionatında ümumilikdə 11 komandadan 22 pilot iştirak edəcək. Bunlar Lyuis Hamilton, Niko Rosberq (Mercedes), Sebastian Vettel, Kimi Raykkönen (Ferrari), Valttrei Bottas, Felipe Massa (Williams), Daniil Kvyat, Daniyel Rikkiardo (Red Bull Racing), Serxio Peres, Niko Halkenberq (Force İndia), Maks Versappen, Karlos Saynts (Toro Rosso), Felipe Nasr, Markus Eriksson (Sauber), Censon Button, Fernando Alonso (Mclaren), Romain Qrosyean, Esteban Qutierres (Haas), Paskal Vehrleyn, Rio Haryanto (Manor Racing), Kevin Maqnussen, Yolyon Palmerdir (Renault).

    Qeyd edək ki, Formula 1-in Avropa Qran Prisi 17-19 iyunda Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi