Yuxarı
    Bağlamaq

    Bu gün Azərbaycanın dörd cüdoçusu Avropa çempionatında mübarizəyə başlayacaq

    İlk yarış günüdə Orxan Səfərov, Nicat Şıxəlizadə, Aişə Qurbanlı və Nəzakət Əzizova tatami üzərinə çıxacaq

    Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürəcək.

    “Report”un məlumatına görə, ilk yarış günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxacaq.

    Kişilərin yarışında Orxan Səfərov (60 kq) 1/8 finalda Matyaj Trboviç (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi üz-üzə gələcək. Mübarizəyə 1/16 finaldan başlayacaq Nicat Şıxəlizadə isə Manuel Şeybellə (Almaniya) qarşılaşacaq.

    Azərbaycanın qadın güləşçiləri də mübarizəyə 1/16 finaldan qoşulacaqlar. Aişə Qurbanlı (48 kq) Gülkader Şentürklə (Türkiyə), Nəzakət Əzizova (52 kq) isə Reka Puppla qüvvəsini sınayacaq.

    Qeyd edək ki, Azərbaycan yığması 4 gün davam edəcək Avropa çempionatına 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Aprelin 21-də Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq), aprelin 22-də isə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100) tatami üzərinə çıxacaq. Bundan başqa, Azərbaycan cüdoçularının komanda yarışlarında iştirakı da nəzərdə tutulub. Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi