BŞH: "Formula 1"in təqvimini hansısa sayt açıqlayıb, rəsmi deyil"

BŞH: "Formula 1"in təqvimini hansısa sayt açıqlayıb, rəsmi deyil" Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Qran-prisinin vaxtının müəyyənləşdirilməsinə dair xəbərlərə münasibət bildirib.
Fərdi
14 May , 2020 12:59
BŞH: Formula 1in təqvimini hansısa sayt açıqlayıb, rəsmi deyil
Report

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Qran-prisinin vaxtının müəyyənləşdirilməsinə dair xəbərlərə münasibət bildirib. 

Bu barədə "Report"a i BŞH-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva açıqlama verib. 

O, Azərbaycan Qran-prisinin vaxtının hələ bəlli olmadığını söyləyib. BŞH rəsmisi bu səbəbdən, heç bir açıqlama verə bilməyəcəklərini vurğulayıb: "Bu təqvimi "Formula 1" şirkəti yaymayıb, hansısa sayt açıqlayıb".

Qeyd edək ki, "Autosport" nəşri "Formula 1" üzrə dünya çempionatının ilkin təqvimini yayıb. Yarışın 12 mərhələdən ibarət olacağı, Azərbaycanda "Formula -2" yarışının isə 19-20 sentyabrda gerçəkləşəcəyi iddia olunub. Daha öncə Almaniyanın "Bild" nəşri Azərbaycan Qran-prisinin 5-6 sentyabrda baş tutacağını yazıb.

Son xəbərlər

Orphus sistemi