BŞH Akademiyasında ikinci karyera yarmarkası keçirilib

BŞH Akademiyasında ikinci karyera yarmarkası keçirilib Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşkilatçılığı ilə BŞH Akademiyasında 2-ci karyera yarmarkası baş tutub.
Fərdi
31 Oktyabr , 2019 22:35
BŞH Akademiyasında ikinci karyera yarmarkası keçirilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşkilatçılığı ilə BŞH Akademiyasında 2-ci karyera yarmarkası baş tutub.

“Report” xəbər verir ki, yarmarkaya ümumilikdə minə yaxın işaxtaran gəlib. Karyera yarmarkasına ev sahibliyi edən BŞH Akademiyasının və BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova tədbirin uğurlu keçdiyini bildirib: “Belə tədbirlərin təşkil olunması işaxtaran gənclərə karyeralarını nüfuzlu şirkətlərdə qurmaq baxımından böyük imkanlar yaradır. Biz həm işaxtaran gənclərdən, həm də yarmarkada təmsil olunan şirkətlərdən müsbət rəylər alırıq. Hesab edirəm ki, güclü iqtisadiyyat üçün qabaqcıl şirkətlərin bacarıqlı gəncləri yetişdirməsi və onların inkişafı istiqamətində lazımi dəstəyi göstərməsi olduqca əhəmiyyətlidir”.

“AmCham Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova yarmarkada işaxtaran gənclərin hədəflərinə tezliklə nail olacaqlarına inandığını bildirib: “Tədbir yüksək səviyyədə baş tutdu. Yarmarkada bacarıqlı gənclər iştirak edirdilər. Əminəm ki, iştirakçılar yarmarkanın nəticəsi olaraq nüfuzlu şirkətlərdə arzuladıqları işə sahib olacaqlar”.

Karyera yarmarkasında Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq nüfuza malik qabaqcıl 30 şirkət təmsil olunub. Ötən ilki yarmarkadan fərqli olaraq bu il tədbir bütün işaxtaran gənclərə açıq olub. Yarmarkaya müxtəlif sahələri əhatə edən çox sayda vakansiya və təcrübə proqramı çıxarılıb. Ziyarətçilərin əksəriyyətinin gənclər olduğu yarmarkaya gələnlər sırasında 60 yaşadək işaxtaranlar da olub. 

Son xəbərlər

Orphus sistemi