Britaniyalı professor Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub

Britaniyalı professor Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub Böyük Britaniyanın UCL Universitetinin pofessoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) magistrantlar və doktorantlarının elmi rəhbəri Maykl Pol Luzmor Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) qonağı olub.
Fərdi
16 Dekabr , 2021 18:03
Britaniyalı professor Azərbaycan Velosiped İdmanı Federasiyasının qonağı olub

Böyük Britaniyanın UCL Universitetinin pofessoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) magistrantlar və doktorantlarının elmi rəhbəri Maykl Pol Luzmor Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) qonağı olub.

AzVİF-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, idman tibb sahəsi üzrə dünyanın tanınmış mütəxəssislərindən sayılan britaniyalı qonaq müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və məşqçilərlə görüşərək fikir mübadiləsi aparıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, AzVİF-in vitse-prezidenti Fuad Hacıyev idmanda tibbi məsələlərin olduqca böyük önəm daşıdığını deyərək nəticələrin yüksəlməsi üçün bu sahəyə xüsusi diqqət yetirməyin vacibliyindən danışıb. Maykl Pol Luzmor idmançıların yüksək nəticələr qazana bilməsi üçün tibbi personalla məşqçilərin qarşılıqlı fəaliyyət göstərməsinin əhəmiyyətini vurğrulayaraq bu istiqamətdə təcrübəsini bölüşüb.

Mədət Quliyev səmimi görüşə görə Maykl Pol Luzmora məşqçi və idmançı heyəti adından təşəkkürünü bildirərək bu cür görüşlərin və təcrübə mübadiləsinin yüksək nəticələrin qazanılmasına böyük töhfə verəcəyini deyib. Görüş zamanı britaniyalı qonaq idmançı və məşqçi heyətini maraqlandıran sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi