Britaniya Azərbaycanlıları Assosiasiyası xalqımızı təbrik edib

Britaniya Azərbaycanlıları Assosiasiyası xalqımızı təbrik edib Britaniya Azərbaycanlıları Assosiasiyası xalqımızı İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib.
Fərdi
17 Noyabr , 2020 10:21
Britaniya Azərbaycanlıları Assosiasiyası xalqımızı təbrik edib

Britaniya Azərbaycanlıları Assosiasiyası xalqımızı İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrik mesajında Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaətlə yanaşı, nümayiş etdirdiyi müasir müharibə üsulu və bacarığı ilə bütün dünyanı heyrətə gətirdiyi qeyd olunub.

Həmçinin vurğulanıb ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan azərbaycanlılar bütün xalqımız kimi, öz şəhidlərinin ruhu qarşısında baş əyir, yaralı əsgərlərə tezliklə sağalmasını arzulayır.

Qeyd olunub ki, mənfur düşmən hələ də öz ambisiyalarından əl çəkməyib və bütün cəbhələrdə, xüsusən də beynəlxalq səviyyədə Azərbaycana qarşı mübarizəni daha böyük azğınlıqla aparacaq: "Biz Azərbaycan xalqına, Azərbaycan Ordusuna, Azərbaycan hökümətinə demək istəyirik ki, Britaniyada yaşayan minlərlə azərbaycanlı daim sizinlədir və bu mübarizəni sizinlə çiyin-çiyinə aparacaq. Biz Azərbaycanımız üçün əlimizdən gələn dəstəyi edirik və edəcəyik.

Qələbəmiz Mübarək"!

Xatırladaq ki, Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyevdir.

Son xəbərlər

Orphus sistemi