Böyük Dəbilqə: Son gündə 3 cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: Son gündə 3 cüdoçumuz mübarizəyə başlayır Yarışın son günündə Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulacaq
Fərdi
3 Aprel , 2021 09:00
Böyük Dəbilqə: Son gündə 3 cüdoçumuz mübarizəyə başlayır

Türkiyənin Antalya şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, yarışın son günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.

100 kq-da çıxış edən cüdoçulardan Zelim Kotsoyev 1/16 finalda Sirill Mare (Fransa), Elmar Qasımov isə eyni mərhələdə İsaak Bezzina (Malta) ilə üz-üzə gələcək.

100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə 1/8 finalda Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Liviya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi