Böyük Dəbilqə: Azərbaycan cüdoçuları bir dəst medal qazanıb
- 09 iyul, 2022
- 17:00
Azərbaycanı Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə təmsil edən cüdoçu Səid Mollayi final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 31 yaşlı idmançı həlledici qarşılaşmada braziliyalı Gilyerme Şmidtlə üz-üzə gəlib. Qızıl xal bölümündə üçüncü dəfə xəbərdarlıq alan Mollayi qarşılaşmadan məğlub ayrılıb.
Beləliklə, Azərbaycan yığması günü 3 medalla başa vurub. Medallardan 1-i qızıl, 1-i gümüş, 1-i bürünc olub.
19:53
Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini qızıl xal bölümündə məğlub edib.
19:37
Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenib.