Böyük Dəbilqə: Nicat Şıxəlizadə Orxan Səfərovu məğlub etdi

Böyük Dəbilqə: Nicat Şıxəlizadə Orxan Səfərovu məğlub etdi Bu gün mübarizəyə qoşulan digər 5 cüdoçu medal şansını itirib
Fərdi
1 Aprel , 2021 15:57
Böyük Dəbilqə: Nicat Şıxəlizadə Orxan Səfərovu məğlub etdi
Nicat Şıxəlizadə

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqədə Azərbaycan dueli baş tutub.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov və Nicat Şıxəlizadə 1/4 finalda bir-birilərinə rəqib olub.

Millidəki komanda yoldaşını əlavə vaxtda qızıl xalla məğlub edən Şıxəlizadə yarımfinala yüksəlib. Səfərov isə bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər 5 cüdoçu medal şansını itirib.

Son xəbərlər

Orphus sistemi