Böyük Dəbilqə: Cüdoçularımız son gündə də medalsız qaldılar

Böyük Dəbilqə: Cüdoçularımız son gündə də medalsız qaldılar Azərbaycan cüdoçuları Məmmədəli Mehdiyev və Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin son günündə bürünc medal görüşünə çıxıb.
Fərdi
20 Fevral , 2021 20:10
Böyük Dəbilqə: Cüdoçularımız son gündə də medalsız qaldılar

Azərbaycan cüdoçuları Məmmədəli Mehdiyev və Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin son günündə bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev Gürcüstan təmsilçisi Beka Gviniaşvili ilə üz-üzə gəlib. İpponla uduzan Mehdiyev medal şansını əldən verib və 5-ci olub.

100 kq-dakı Zelim Kotsoyev isə bürünc medal uğrunda rusiyalı Niiaz İliasovla qarşılaşıb. O da Mehdiyev kimi məğlub olub və turniri 5-ci pillədə başa vurub.

Bu gün tatamiyə çıxan cüdoçulardan +100 kq-da Uşangi Kokauri Ben Spiykersə (Niderland), Camal Feyziyev isə Serafim Kompanyesə (İsrail) məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.

Son xəbərlər

Orphus sistemi