Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk günü bir medalla başa vurublar - YENİLƏNİB-2

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk günü bir medalla başa vurublar - YENİLƏNİB-2 Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabida keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxacaq.
Fərdi
24 Oktyabr , 2023 18:34
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk günü bir medalla başa vurublar - YENİLƏNİB-2

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqənin ilk gününü bir medalla başa vurublar.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunha uduzub.

Daha əvvəl Leyla Əliyeva (48 kq) bürünc medala sahib olub.

17:20

Azərbaycan cüdoçusu Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

"Report" xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı İtaliya təmsilçisi Françeska Milanini ipponla məğlub edib.

Bu gün həmçinin Ruslan Paşayev (66 kq) bürünc medal uğrunda görüşə çıxacaq. O, Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh ilə üz-üzə gələcək.

15:12

Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxacaq.

"Report" xəbər verir ki, Ruslan Paşayev (66 kq) və Leyla Əliyeva (48 kq) yarımfinalda uduzsalar da, medal qazanmaq şanslarını saxlayırlar.

Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh və italiyalı Françeska Milani ilə görüşəcəklər.

Bu gün mübarizəyə qoşulan Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi