Böyük Dəbilqə: Məmmədəli Mehdiyev gümüş, Uşangi Kokauri bürünc medal qazanıb

Böyük Dəbilqə: Məmmədəli Mehdiyev gümüş, Uşangi Kokauri bürünc medal qazanıb Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
Fərdi
7 Noyabr , 2021 19:00
Böyük Dəbilqə: Məmmədəli Mehdiyev gümüş, Uşangi Kokauri bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Almaniya təmsilçisi Sven Heynle ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri bürünc medala sahib çıxıb.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda qarşılaşmada Onise Seneblidzeyə (Gürcüstan) uduzaraq 5-ci yerlə kifayətlənib.

17:27

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada Kosuke Maşiyama (Yaponiya) ilə üz-üzə gəlib.

Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına uduzan Mehdiyev gümüş medalla kifayətlənib.

Qeyd edək ki, indiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

15:05

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. O, qızıl medal uğrunda Kosuke Maşiyama (Yaponiya) ilə üz-üzə gələcək.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda Onise Seneblidze ilə (Gürcüstan), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri Sven Heynle (Almaniya) ilə güləşəcək.

Bu gün mübarizəyə qoşulan digər 6 cüdoçu isə medalsız qalıb.

Kişilər

90 kq

1/16 final. Rüfət İsmayılov - Jamal Petqrave (Böyük Britaniya)

1/8 final. Rüfət İsmayılov - Abderahman Diao (Seneqal)

1/4 final. Rüfət İsmayılov - Beka Gvinaşvili (Gürcüstan)

Təsəlliverici görüş: Rüfət İsmayılov - Erlan Şerov (Qırğızıstan)

1/8 final. Vüqar Talıbov - Nemanya Maydov (Serbiya)

1/4 final. Vüqar Talıbov - Luka Maysuradze (Gürcüstan)

Təsəlliverici görüş: Vüqar Talıbov - Goki Tajima (Yaponiya)

1/8 final. Məmmədəli Mehdiyev - Con Jayne (ABŞ)

1/4 final. Məmmədəli Mehdiyev - Goki Tajima (Yaponiya)

1/2 final. Məmmədəli Mehdiyev - Luka Maysuradze (Gürcüstan)

Final. Məmmədəli Mehdiyev - Kosuke Maşiyama (Yaponiya)

100 kq

1/8 final. Adil Kərimli - Yan Rayder (Kanada)

1/4 final. Adil Kərimli - Şadi Elnahas (Kanada)

Təsəlliverici görüş. Adil Kərimli - Zlatko Kumriç (Xorvatiya)

Bürünc medal uğrunda görüş: Adil Kərimli - Onise Seneblidze (Gürcüstan)

1/8 final. Kənan Abdullaxanlı - Onise Seneblidze (Gürcüstan)

1/8 final. Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)

+100 kq

1/8 final. Hüseyn Məmmədov - Tyaqo Palmini (Braziliya)

1/8 final. Camal Feyziyev - Tatsuru Sayto (Yaponiya

1/4 final. Uşangi Kokauri - Tatsuru Sayto (Yaponiya)

Təsəlli verici görüş: Uşangi Kokauri - Cemal Erdoğan (Türkiyə)

Bürünc medal uğrunda görüş: Uşangi Kokauri - Sven Heynle (Almaniya

Son xəbərlər

Orphus sistemi