Böyük Dəbilqə: Məmmədəli Mehdiyev qızıl, Zelim Kotsoyev bürünc medal qazanıb

Böyük Dəbilqə: Məmmədəli Mehdiyev qızıl, Zelim Kotsoyev bürünc medal qazanıb Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
Fərdi
19 Fevral , 2022 20:14
Böyük Dəbilqə: Məmmədəli Mehdiyev qızıl, Zelim Kotsoyev bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeyə qızıl xal bölümündə qalib gəlib. 

Daha əvvəl Məmmədəli Mehdiyev (90 kq) qızıl medala yiyələnib. 

Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

19:29

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib. 

Rəqibinə qızıl xal bölümündə qalib gələn Mehdiyev Böyük Dəbilqənin qalibi olub. 

100 kq-da yarışan Zelim Kotsoyev bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək

Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

16:35

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nadav Zuratı (İsrail) məğlub edib.

29 yaşlı cüdoçu 1/4 finalda Yersultan Muzapparova (Qazaxıstan) qalib gəlib. Mehdiyev yarımfinalda Erlan Şerovu (Qırğızıstan) üstələyib və qızıl medal uğrunda qarşılaşmada Nemanya Maydova (Serbiya) rəqib olub. 

Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margianiyə (Gürcüstan) yenilib.

100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), Elmar Qasımov isə Robert Florentinonu (Dominikan Respublikası) məyus edib. Kotsoyev 1/4 finalda Qasımovu məğlubiyyətə uğratsa da, yarımfinalda İlya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib. O, bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək. Qasımov isə təsəlliverici görüşdə Eduard Serbana (Rumıniya) uduzub. 

Nəhayət, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzeyə (Gürcüstan) məğlub olub.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

Son xəbərlər

Orphus sistemi