Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayıb.
Fərdi
4 İyun , 2022 18:33
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Azərbaycanı Gürcüstanın paytaxtı Tbilisidəki Böyük Dəbilqədə 81 kq çəki dərəcəsində təmsil edən cüdoçu Elcan Hacıyev və Zelim Tçkayev bürünc medal görüşünə çıxıb.

"Report" xəbər verir ki, Hacıyevin rəqibi italiyalı Titsiano Falkone olub. Azərbaycanlı cüdoçu rəqibini 37 saniyəyə məğlub edib. 

Tçkayev isə  özbəkistanlı Şarofiddin Boltaboyevlə görüşündə qızıl xal bölümündə uduzaraq, 5-ci yerlə kifayətlənib. 

Beləliklə, Azərbaycan millisi ikinci yarış gününü bürünc medalla başa vurub. 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

15:20

Gürcüstanın paytaxtı Tbilisidəki Böyük Dəbilqədə Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən iki cüdoçudan heç biri finala yüksələ bilməyib. 

"Report"un məlumatına görə, Zelim Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşviliyə, Elcan Hacıyev isə cənubi koreyalı Junhvan Liyə uduzub. 

Bürünc medal qarşılaşmasında Tçkayev özbəkistanlı Şarofiddin Boltaboyevlə, Hacıyev italiyalı Titsiano Falkone ilə üz-üzə gələcək. 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

14:39

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, onların hamısı çıxışlarına 1/16 final mərhələsindən start veriblər.

73 kq çəki dərəcəsindəki Telman Vəliyev ilk görüşündə türkmənistanlı İlham Kemalovu məğlub etsə də, növbəti qarşılaşmasında yerli idmançı Georgi Çixelidzeyə qızıl xal bölümündə uduzaraq, mübarizəni dayandırıb.

81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini yendikdən sonra kanadalı Etyen Brayana da qalib gəlib. 1/4 finalda isə o, Ukraynanı təmsil edən erməni Gevorq Manukyandan üstün olub. Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşacaq.

Elcan Hacıyev isə ilk görüşündə qırğızıstanlı Vladimir Zoloyevi, daha sonra moldovalı Viktor Sterpunu üstələyib. 1/4 finalda isə o, tacikistanlı Şodmon Rizoyevi yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda rəqib cənubi koreyalı Junhvan Li olacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi