Beynəlxalq Boks Assosiasiyası (AIBA) Yay Olimpiya Oyunlarında boks idman növündə medal dəstlərinin sayında artımın olmasını istəyir.
"Report"un məlumatına görə, bu barədə AIBA-nın yeni prezidenti Umar Kremlyov TASS-a müsahibəsində bildirib.
O bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyi ilə bağlı qərarını dəstəkləyir: "Ancaq biz AIBA olaraq olimpiadada medal sıralamasının genişləndirilməsini xahiş edəcəyik. Yaxşı olardı ki, IOC gələcəkdə on qadın və eyni sayda kişi kateqoriyasını nəzərdən keçirsin. Ancaq əvvəlcə, AIBA-nı bərpa etmək, boksun ən möhtəşəm və populyar idman növlərindən biri olduğunu sübut etmək lazımdır".
Qeyd edək ki, IOC-un qərarına əsasən 2024-cü il Paris olimpiadasında kişilər 7, qadınlar isə 6 kateqoriyada yarışacaqlar. Tokiodakı yarışda kişilər 8, qadınlar isə 5 kateqoriyada qalibi müəyyənləşdirəcək.