Azərbaycan boksçusu Avropa ikincisi olub

Azərbaycan boksçusu Avropa ikincisi olub Cavid Hüseynov finalda Ukrayna idmançısına yenilib
Fərdi
24 May , 2015 02:32
Azərbaycan boksçusu Avropa ikincisi olub

Bakı. 24 may. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir.

“Report” xəbər verir ki, ötən gün yarımfinalda irlandiyalı Lorkan Harleksə qalib gələn Azərbaycan boksçusu Cavid Hüseynov (48 kq) finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gəlib.

Boksçumuz Ukrayna idmançısının öhdəsindən gələ bilməyib və çempionatın gümüş medalı ilə kifayətlənməli olub.

Bu, Ukrayna idmançılarının Lvovda keçirilən yarışda qazandıqları ilk qızıl medal olub.

Son xəbərlər

Orphus sistemi