Boksçu Kamran Şahsuvarlı dünya çempionatında üçüncü olub

Boksçu Kamran Şahsuvarlı dünya çempionatında üçüncü olub Olimpiya mükafatçımız finala gedən yolda qazaxıstanlı idmançıya məğlub olub
Fərdi
31 Avqust , 2017 22:56
Boksçu Kamran Şahsuvarlı dünya çempionatında üçüncü olub

Bakı. 31 avqust. REPORT.AZ/ Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

"Report" xəbər verir ki, bu mərhələnin ilk yarış günündə Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı da rinqə çıxıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız finala gedən yolda qazaxıstanlı Abilxan Amankulla qarşılaşıb. Döyüş Şahsuvarlı üçün uğurlu alınmayıb. O, 1:4 (28:29, 29:28, 27:30, 27:30, 28:29) hesabı ilə məğlub olub.

Nəticədə boksçumuz mundialı bürünc medalla başa vurub.

Yığmamızın digər üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinal döyüşünə sentyabrın 1-də çıxacaq. O, avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi