Boksçu Kamran Şahsuvarlı Avropa çempionatının yarımfinalına yüksəlib

Boksçu Kamran Şahsuvarlı Avropa çempionatının yarımfinalına yüksəlib Bununla da o, turnirin ən azı bürünc medalını özünə təmin edib
Fərdi
21 İyun , 2017 23:56
Boksçu Kamran Şahsuvarlı Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı. 21 iyun. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib.

"Report" xəbər verir ki, bu gün keçirilən 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri döyüşünü qələbə ilə başa vurub.

Belə ki, millimizin heyətində ilk olaraq rinqə Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçısı polşalı Mateuş Polski ilə üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Kamran Şahsuvarlı (75 kq) Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayıb. Döyüş 4:1 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macar Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.

Abdulqadir Abdullayev ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finalda Çeavan Klarka (İngiltərə) məğlub olub.

Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Yevgeni Barabanovla (Ukrayna) qarşılaşan həmyermiz qalib gələ bilməyib – 0:3.

1/4 finalda son təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Camili-Dini Aboudo-Moindzeyə məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, 1/4 finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi